Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:15

Səfir: ‘Çexiya-Azərbaycan münasibətləri müsbətdir’


Praqa, Karl körpüsü

Praqa, Karl körpüsü

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bu ölkənin oktyabrın 28-də qeyd olunan Milli Günü ilə əlaqədar mətbuat konfransı keçirib. Tədbir Azərbaycan-Çexiya münasibətlərinin hazırkı durumuna həsr olunub.

“Biz bu münasibətlərin stabil olduğunu və hər iki tərəfin maraqlarını nəzərə alaraq inkişaf etdiyini düşünürük”, deyən səfir qarşılıqlı investisiyalar və birgə layihələrdən ötrü potensial olduğunu qeyd edib.

Səfir deyib ki, Çexiya iki milyard dollarla Azərbaycanın xarici investorları arasında, xüsusən strateji nəqliyyat dəhlizinin tikintisində mühüm yeri tutur.

Buna da bax:​ Bakıda Çexiya viza mərkəzi fəaliyyətə başlayır

“Azərbaycan neft məhsullarının ixracı sahəsində strateji tərəfdaşdır, Çexiyanın neft emalı sənayesinin tələbatının 1/3-ni təmin edir”, deyə o bildirib.

Səfirin sözlərinə görə, Praqada hesab edirlər ki, Çexiyada Azərbaycan kapitalı kifayət qədər iştirak etmir. O, həmçinin qeyd edib ki, Çexiya hökuməti Azərbaycanın özəlləşdirmə planlarına böyük diqqətlə yanaşır. “Çexiya tərəfi həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramında, xüsusən kənd təsərrüfatı sahəsində iştiraka və öz təcrübəsini bölüşməyə hazırdır”, deyə səfir bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG