Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:40

“Qarabağ”ın oyunçusu Avroliqanın ən yaxşısı oldu


Dani Kintana (solda)
Dani Kintana (solda)

Azərbaycanın “Qarabağ” klubunun futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusu seçilib.

O, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayaraq bütün rəqiblərini geridə qoyub.

ispaniyalı yarımmüdafiəçi bütün rəqiblərini qabaqlayıb.

O, Kevin Monne Poke ("Sent-Etyen”, 8 faiz), Viktor İbarbo (“Panatinaykos”, 8 faiz), Pol Poqba (“Mançester Yunayted”, 7 faiz), Raul Rusesku (“Osmanlıspor”, 4 faiz), Antonio Kandreva (“İnter”, 2 faiz), Yevgeni Konoplyanka (“Şalke”, 2 faiz) və Nikola Kaliniçi (“Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə qabaqlayıb.

Qeyd edək ki, “Qarabağ” – PAOK görüşünün də ən yaxşısı seçilən 29 yaşlı ispaniyalı futbolçu oyunun ilk qolu vurub.

“Qarabağ” Bakıda keçirilən görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG