Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.

Azərbaycanın “Qarabağ” klubu Bakıda PAOK-u məğlub etdikdən sonra (2:0) 5 pillə irəliləyərək 110-ci yerə qalxıb.

Səfərdə “Sent Etyen”ə uduzan (0:1) “Qəbələ”isə 2 pillə geriləyərək 181-ci yərə düşüb.

“Neftçi” də 3 pillə geriləyib.

“İnter” 220-ci , “Xəzər Lənkəran” 280-ci, “Kəpəz” 301-ci , “Bakı” isə 309-cu yerdədir.

Siyahıya Madridin “Rea”l klubu başçılıq edir.

“Bavariya” 2-ci, “Barselona” isə 3-cü yerdə gəlir.

Qeyd edək ki, “Qarabağ”ın qələbəsi Azərbaycan millisinin də reytinqdə 1 pillə irəliləməsinə səbəb olub və 25-ci pilləyə yüksəlib.

Millilərin siyahısına isə İspaniya başçılıq edir. Almaniya 2-ci, İngiltərə isə 3-cüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG