Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

AZAL dövlət şirkəti həm əl yükündə, həm də baqajda «Samsung Galaxy Note 7» smartfonlarının daşınmasını qadağan edib. Bu qərar bütün dünya üzrə müxtəlif aviadaşıyıcıların analoji qadağasından sonra qəbul edilib.

Bu barədə AZAL-ın mətbuat xidmətinin məlumatında deyilir.

Əgər əl yükündə smartfon aşkar edilərsə, sərnişinə təyyarəyə minməyə icazə verilməyə bilər və AZAL aeroportda saxlama xidməti təqdim etmir. Smartfon salona bilmədən keçirilibsə, dərhal söndürülməli və uçuşun sonuna qədər sönmüş vəziyyətdə saxlanmalıdır.

«Əgər smartfon baqajda aşkar edilərsə, reysə alınmayacaq və itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək», - məlumatda qeyd edilir.

Verilən xəbərlərə görə, bundan öncə «Galaxy Note 7» telefonları bir neçə dəfə öz-özünə alışıb. Bundan sonra «Samsung» şirkətinin bu modelin istehsalını dayandırdığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG