Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

“İslam Dövləti” qrupu yaraqlıları sübh tezdən İraqın Kərkük şəhərinə hücum ediblər.

Avtomat silahlar və partlayıcılarla silahlanmış yaraqlılar polis məntəqəsi,nəzarət-buraxılış məntəqəsi və İran şirkətinin tikməkdə olduğu elektrik stansiyasına hücum ediblər.

Təhlükəsizlik rəsmilərinin məlumatına görə, atışmada azı 6 hərbçi və 8 yaraqlı öldürülüb.

Elektrik stansiyasında intiharçının özünü partlatması nəticəsində isə 2 iranlı da daxil olmaqla azı 11 nəfər ölüb.

“Hürriyet” qəzeti isə elektrik stansiyasında 16 nəfərin, intiharçılar da daxil olmaqla atışmada isə 12 yaraqlının öldürüldüyünü yazır.

Kərkükün qubernatoru Najmadin Karimin sözlərinə görə, yaraqlılar bir dənə də olsun hökumət binasını ələ keçirə bilməyiblər.

Neftlə zəngin olan Kərkük hazırda “İslam Dövləti” qrupunun nəzarətində olan Mosulun 170 kilometrliyində yerləşir.

İraq ordusu və kürd birləşmələri 5 gün əvvəl Mosul üzərinə hücuma keçiblər.

Şəhərin ətrafında onlarla kəndin azad edildiyi bildirilir.Hücum davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG