Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

ABŞ-ın müdafiə naziri Ash Carter bu gün, oktyabrın 21-də Türkiyəyə səfər edir. O. Türkiyə rəsmiləriylə danışıqlarda Ankaranın İraqın suverenliyinə hörmət etməli olduğunu vurğulayacağını bildirib. Amma Carter Ankaraya türk ordusunun İraqdan çıxarılmasıyla bağlı təzyiq göstərib-göstərməyəcəklərini deməyib.

İraqla Türkiyə arasında gərginliyə səbəb Türkiyənin İraqın şimalında 2 minlik qüvvə saxlamasıdır. Türkiyənin İraqın şimalında apardığı əməliyyatlar Bağdadı ciddi narahat edir.

«Biz hamının diqqətini əsas məsələyə, İŞİD-i məğlub etmək məsələsinə yönəltmək istəyirik. Çünki onlar bizim hamımız üçün təhlükəlidirlər». Carter jurnalistlərlə söhbətində belə deyib.

Türkiyə əsgərlərinin İraqda yerli döyüşçülərə təlim keçmək üçün qaldığını deyir. İraq isə türk əsgərlərinin ölkəyə Bağdadın icazəsi olmadan girdiyini bildirir və onların təcili geri çağrılmasını tələb edir. Ankara tələbləri rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG