Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:45

Bu gün, oktyabrın 21-də İraqın şimali neft mərkəzi, əsasən türkmanların yaşadığı Kərkük şəhərinə hücum olub. Eyni vaxtda şəhərin bir neçə yerində partlayış baş verib. Rəsmilər intiharçı paltarı geymiş adamların əsas polis qərargahlarını, polis və nəzarət məntəqələrini partlatdıqlarını deyir. Şəhərin bir neçə yerində atəş səsləri eşidilib.

Hadisəyə görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) üzərinə götürüb.

Kərkükün qubernatoru Najmadin Karim dövlət idarələrindən heç birinin tutulmadığını deyib.

Kərkük vilayətinin Dibis bölgəsində intiharçılar İran şirkəti tərəfindən tikilən elektrik stansiyasını partladıb, 16 nəfər, o cümlədən bir neçə iranlı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG