Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:43

Samux rayonunun Aşağı Ağasıbəyli kəndində evdə partlayış baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, kənd sakini 55 yaşlı Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış olub. Nəticədə N.İsmayılov və onun həyat yoldaşı, 51 yaşlı Zemfira İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərə dərhal tibbi yardım göstərilib və onların Bakıda aidiyyəti üzrə xəstəxanaya göndərilməsi nəzərdə tutulur.

Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir.

Oktyabrın 20-də səhər saatlarında Bakıda Qurbanovların evində də qaz sızmasından baş verən partlayışda 3 yaşlı uşaq həlak olmuşdu. Ekspertlərə görə, bu hadisələr qazın çəkilişi zamanı təhlükəsizlik tələblərinin qorunmaması və onun fasilələrlə verilməsindən irəli gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG