Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:51

'Qəbələ'dən ardıcıl üçüncü məğlubiyyət


«Qəbələ»-«Maynts» oyunu

«Qəbələ»-«Maynts» oyunu

Oktyabrın 20-si UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Azərbaycan təmsilçisi «Qəbələ» səfərdə «Sent-Etyen»ə qonaq olub. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi bu dəfə də məğlubiyyətdən qaça bilməyib. Qəbələnin eyniadlı klubu bu dəfə avtoqola üzülüb.

İlk hissə qolsuz başa çatıb. İkinci hissədə hücumlarını artıran rəqib nəhayət 70-ci dəqiqədə istəyinə çatıb. Cərimə zərbəsindən ötürmə zamanı çaşqınlıqdan Rikardinyo topu başı ilə öz qapısına vurub.

«Qəbələ»nin 3 oyundan sonra bir xalı belə yoxdur. Qəbələ təmsilçisi 3 top vursa da, qapısından 7 top buraxıb.

UEFA Avropa Liqasının digər qrupunda Ağdamın «Qarabağ» klubu isə Bakıda PAOK-u 2:0 hesabı ilə məğlub edib. Xal sayını 4 çatdıran Ağdam təmsilçiləri qrupunda elə PAOK-la 2-ci 3-cü yerləri bölüşdürür.

Günün bütün mövzuları

XS
SM
MD
LG