Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:11

Avropa dövlət başçıları Rusiyaya sərt mesaj göndərməklə bağlı razılığa gələ bilməyiblər.

Dünən, oktyabrın 20-də Brüsseldə AB dövlət başçılarının görüşü olub. Görüşdən əvvəl AB liderləri Rusiyanı Suriyaya görə cəzalandırmaq üçün bütün variantlara, o cümlədən sanksiyalar məsələsinə baxıldığını deyirdilər. Amma gecəyarısına qədər çəkən toplantıda qəti qərar qəbul edilməyib.

Hazırda birliyə sədrlik edən İtaliyanın baş naziri avropalı liderləri Rusiyaya qarşı sərt danışmaqdan qaçmağa çağırıb. AB üzvlərindən əsasən Fransa, Almaniya və Britaniya dövlət başçıları Rusiyanı Suriyadakı əməliyyatlarına görə sərt tənqid edir, Rusiya rəsmiləri və şirkətlərinə qarşı sanksiyalara tərəfdar olduqlarını bildirirdilər.

AB üzvləri Putin-ə qarşı tədbir görməyə çalışarkən, Rusiyanın hərbi gəmiləri Suriyanın Aralıq dənizi sahillərinə tərəf üzüb. Bu isə münaqişənin genişlənməsi təhlükəsi deməkdir. Bu barədə NATO xəbərdarlıq edib.

Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, «Rusiyanın strategiyası AB-ni zəiflətməkdən ibarətdir».

AB liderlərinin toplantısında Rusiyanın AB hava sərhədlərini pozması, kiber-hücumlar, AB üzvləri və başqa ölkələrin daxili siyasətinə qarışması məsələləri də müzakirə olunub. Liderlər Rusiyaya qarşı birləşməli olduqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG