Keçid linkləri

Təcili xəbərlər

Tatu qanda alkoholu göstərəcək


ABŞ mütəxəssisləri tərkibində nano-indikator olan tatu icad ediblər. Bu tatu qanda alkoholun səviyyəsini izləyə bilir. Tədqiqatçıların sözlərinə görə, yeni avadanlığın analoqu yoxdur, daha oncə icad edilən alternativlərindən isə nano-tatu nəticələrin dəqiqliyi ilə fərqlənir. Həmçinin, digər cihazlar nəticəni 2-3 saata müəyyən edirdisə, yenilik 5-8 dəqiqə ərzində nəticəni verə bilir.

ABŞ biotibb və biomühəndislik institutunun alimlərinin yaratdıqları bu tatu, insan tərinin analizi vasitəsilə qanda olan spirtin səviyyəsini yoxlaya bilir.

Buna da bax: Gecə nələri yemək olar?

Vizual olaraq cihaz, bədənə asanlıqla yapışdırıldığı kimi, asanlıqla da qoparıla bilən müvəqqəti tatudur. Biosensorun daxilində bir neçə nano-çip yerləşdirilib ki, məhz bu çiplər də spritli içikinin göstəricilərini müəyyən edir. Nəticə isə istifadəçinin telefonunda xüsusi proqrama ötürülür.

Layihədə çalışan Seyla Selimoviçin sözlərinə görə, cihazın istifadəsi çox sadədir: onun bir komponenti insan orqanizmində tərin çıxmasını stilmullaşdırır, digəri isə öz növbəsində tərdə elektrik keçiriciliyini ölçür. Əldə edilən nəticələrə əsasən avadanlıq qanda olan alkoqolu müəyyən edir.

Alimlər hesab edirlər ki, yeni avadanlıq qanda şəkərin də səviyyəsini göstərə bilər.

XS
SM
MD
LG