Keçid linkləri

Təcili xəbərlər

"Amazon" “polis dronu” patentini udub


"Amazon" dan polis köməkçisi dronunun patent çizgiləri
"Amazon" dan polis köməkçisi dronunun patent çizgiləri

"Amazon" Amerika şirkəti videokamerası olan kiçik ölçülü kvadrokopter dronunun prototipini patentləşdirib. Dronu "Amazon Alexa" səs interfeysi və "Echo" mikrofonu vasitəsilə idarə etmək mümkün olacaq.

Kvadrokopter polis əməkdaşının çiynində dura biləcək.

Onu işə salmaq üçün polis "uç" sözünü deyəcək. Uçan robot komandaları qəbul edərək konkret koordinatlara yönələcək və çəkdiyi fotoları dərhal polisə göndərəcək.

Polis sürücünün sənədlərini yoxlayana qədər dron avtomobilin üzərində havada dura biləcək. Bundan başqa kvadrokopterdən cinayətkarları izləmək, itkin düşmüş şəxsləri axtarmaq və kütləvi tədbirlər zamanı müşahidə aparmaq üçün istifadə etmək mümkün olacaq.

Buna da bax: Dünyanın ən bahalı döyüş gəmisi ABŞ-da istifadəyə verilib

“Amazon” rəsmiləri, tələbat olarsa, bu texnologiyanı inkişaf etdirəcəklərini bildiriblər.

Avqust ayında "Amazon" "Hyundai" şirkəti ilə "Alexa" və "Echo"nun "Genesis G80" və "G90" avtomobillərində istifadə olunması barədə razılığa gəlib. Bu sistemin köməyilə birbaşa evdən avtomobilə səs komandaları göndərmək mümkün olacaq. Məsələn, maşının sahibi evdə ola-ola maşınının mühərrikini və kondisionerini işə sala biləcək.

Ən son yazılan

XS
SM
MD
LG