Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

-

Azərbaycan Yaradıcılıq Fondunun (AYF) təşkilatçılığı ilə dahi rus şairi Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib. Bu haqda AYF-dan Oxu Zalına məlumat verilib.

AYF sədrinin müavini, Rafiq Kaşanlının açıq elan etdiyi tədibir “Bir aktyorun teatrı” formasında təşkil olunub.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva, bəstəkar, professor, əməkdar incəsənət xadimi Azər Dadaşov, əməkdar incəsənət xadimi, rejissor Vasif Babayev, şairə Alina Talıbova və başqaları iştirak ediblər.

Buna da bax: Yaradıcılıq fondu yaradıcılığa nə kömək edir?

Rafiq Kaşanlı görkəmli şairin həyat və yaradıcılığından danışaraq onun şeirlərini oxuyub. Təbdirdə iştirak edən digər şəxslər də şairin “Analar dünyalarını dəşiyirlər”, “Çox sağ ol”, “Qadınlar” və başqa şeirlərini səsləndiriblər.

Tədbirdə maraqlı video materiallar da nümayiş etdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG