Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:58

Avropa Birliyi Suriya rejimini dəstəkləyənlərə qarşı yeni sanksiyaları nəzərdən keçirir.

Qurum Avropa Birliyi liderlərinin oktyabrın 20-də Brüssel görüşü ərəfəsində belə bir bəyanat yayıb.

Sənəddə Suriya rejimini dəstəkləməkdə davam edən fiziki və hüquq şəxslərə qarşı əlavə sanksiyalar da daxil olmaqla bütün variantlara baxıldığı bildirilir.

Sənəddə Rusiya başda olmaqla Suriya rejimi və onun müttəfiqlərinin Hələbdə dinc sakinlərə hücumu kəskin tənqid edilir.

Böyük Britaniyanın baş naziri Tereza Mey sammit ərəfəsində Avropa Birliyini Suriyada törədilən vəhşilikləri dayandırmaq üçün Rusiyaya qarşı təzyiqləri davam etdirməyə çağırıb.

Avropa Şurasının sədri Donald Tusk isə bildirib ki, əgər bu cinayətlər davam eləsə, Avropa Birliyi sanksiyalar da daxil olmaqla Rusiyaya qaşı bütün mümkün variantları açıq qoymalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG