Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Rusiya prezidenti Vladimir Putin “Normand dördlüyü” görüşündə ATƏT-in Ukraynanın separatçı Donbas vilayətində silahlı missiya göndərməsinə razılıq verib.

Bunu oktyabrın 20-də jurnalistlərə Kremlin sözçüsü Dimitry Peskov deyib.

RBK bundan əvvəl Moskvanın belə bir razılıq vermədiyini bildirmişdi.

Qondarma Donetsk və Luqansk respublikaları ATƏT-in regiona hərbi missiya göndərməsinə qarşı çıxırlar.

Separatçıların nümayəndəsi bunun Minsk razılaşmasına zidd olduğunu deyirlər.

Ukrayna prezidenti Petro Poroshenko bundan əvvəl Rusiya, Ukrayna,Almaniya və Fransa prezidentlərinin Berlin görüşündə belə bir razılığa gəlmələri barədə məlumat yaymışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG