Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Türkiyə təyyarələri Suriyadakürd qruplarının mövqelərini bombalayıb.

Oktyabrın 19-da “Fırat Qalxanı” hərəkatı çərçivəsində keçirilən əməliyyat zamanı PKK və PYD qruplarının təzəcə nəzarətə götürdükləri bölgədə 18 hədəfə 26 bomba atılıb.

Nəticədə bu qruplara məxsus qərargah, sığınacaq və silah-sursat anbarı kimi istifadə olunan 9 bina, 5 zirehli maşın və 160-200 arası yaraqlı məhv edilib.

Bu bölgə Hələbin şimalında yerləşir.

Türkiyə Suriyada “İslam Dövləti” qrupuna qarşı mübarizə aparan bu qrupları terrorçu təşkilat hesab edir.

Ankara dəfələrlə Suriya ilə sərhədin “İslam Dövləti” qrupu və kürd yaraqlılarından təmizlənəcəyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG