Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:16

Dolların rəsmi məzənnəsinin bahalaşması ilə birlikdə bəzi bankların onun satışını yenə dayandırdığı bildirilir.

«Turan» agentliyinin məlumatına görə, «Respublika», «VTB», «Naxçıvan» və bir sıra digər banklar dollar satışını dayandırıb.

Ancaq sözügedən banklar bunu, hələlik, rəsmi təsdiqləməyiblər.

Ekspertlər noyabr-dekabr aylarında bankların və şirkətlərin xarici öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar dolların bahalaşacağını proqnozlaşdırırlar.

Artıq 3 gündür dollar manata nisbətən bahalaşır. Halbuki, sentyabrın əvvəlindən əks proses gedirdi. Yay aylarında isə dollar manata nisbətən bahalaşmışdı. Nəticədə avqust ayında ölkənin əksər bankı dollar satışını dayandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG