Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:26

170 minlik qalmaqalda ittiham edilən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanov barəsində olan cinayət işinin icraatı dayandırılıb.

Bu haqda APA xəbər verir.

S.İmanovun ölkədən qaçdığına görə axtarışa verildiyi, iş üzrə icraatın bununla əlaqədar dayandırıldığı bildirilir.

Vətəndaş Eynur Kərimov S.İmanovun icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dollar aldığını iddia edir.

S.İmanovun mülklərini satıb Bakı-İstanbul reysi ilə ölkəni tərk etdiyi bildirilir. E.Kərimovun vəkil mətbuata açıqlamasında rüşvət qalmaqalında komitə sədri Hicran Hüseynovanın da adını hallandırmışdı.

Ancaq komitə sədri bir müddət öncə rüşvətlə bağlı iddiaları yalanlamışdı. H.Hüseynova deyirdi ki, bu məsələdə adının hallanması ona böhtan atmaqdır.

Dələduzluqda ittiham olunan S.İmanov və ya onun yaxınları qalmaqalla bağlı, hələlik, heç bir açıqlama verməyiblər.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

XS
SM
MD
LG