Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

«Yaxın günlərdə Azərbaycan və Hindistan ekologiya nazirlərinin görüşü keçiriləcək. Görüşdə işğal olunmuş Azərbaycan torpaqlarında xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq».

Bunu təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

APA-nın xəbərinə görə, nazir bildirib ki, aparılan müşahidələr nəticəsində ərazidəki yataqların, o cümlədən qızıl yataqlarının qanunsuz istismarı ilə bağlı ayrı-ayrı ölkələrin şirkətlərinin fəaliyyət göstərdiyi müəyyənləşdirilib: «Nazirlik həmin ölkələrin diqqətinə çatdırdı ki, bu, qanunsuz fəaliyyətdir».

Nazir xatırladıb ki, yaxın günlərdə Azərbaycan-Hindistan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilməlidir.

H.Bağırov Azərbaycan peykinin köməkliyi ilə işğal altında olan ərazilərdə Ermənistanın xarici şirkətlərlə əlbir olaraq, Azərbaycan sərvətlərini talan etmələrini təsdiqləyən materialların toplandığını vurğulayıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Azərbaycanın işğal olunmuş ərazilərində təsdiq olunmuş 3 qızıl yatağı var. Bunlar Zəngilan rayonundakı Vejnəli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundakı Zod yataqlarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG