Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Filippin prezidenti ABŞ-la vidalaşmaq istəyir


 Barack Obama və Rodrigo Duterte

Barack Obama və Rodrigo Duterte

Filippin prezidenti Rodriqo Duterte hesab edir ki, Manila ABŞ-la vidalaşmalıdır.

O, bir daha ABŞ prezidenti Barack Obamanı təhqir edib.

Bu barədə Ria Novosti “News Asia” kanalına istinadla məlumat yayıb.

Duterte Çinə səfəri zamanı Vaşinqtona belə bir müraciət edib: “Sizin mənim ölkəmə gəlməniz yalnız sizin xeyirinizə olub-odur ki, artıq vidalaşmalıyıq dostum”.

O bir daha ABŞ liderinin ünvanına təhqiramiz sözlər deyib və bildirib ki, bir daha ABŞ-a getməyəcək, çünki getsə onu bir daha təhqir edəcək.

Amma Duterte sonradan deyib ki, Manila ABŞ-la mövcud hərbi ittifaqdan çıxmaq və ya yeni birlik yaratmaq fikrində deyil.

“Mən təkcə onu deyirəm ki, dünyanın onsuz da qaynadığı bir vaxtda münaqişələr alovuna yanacaq atmağa dəyməz”, Duterte filippinli jurnalistlərədeyib.

Qeyd edək ki, Duterde sentyabrda da Obamanı təhqir edib. Bu ASEAN ölkələrinin sammiti çərçivəsində Obama ilə ikitərəfli görüşün ərəfəsində olmuşdu.

Bundan sonra Obama Duterteni “koloritli oglan” adalandırmış və görüşü təxirə salmışdı. Amma

bir qədər sonra onlar görüşdülər.

Duterteni bu qədər cinləndirən Filippində minlərlə narkomanın məhkəməsiz edamına ABŞ-ın reaksiyası olub.

ABŞ və qərb ölkələri Filippin hakimiyyətinin bu addımını tənqid edirlər.

Filippin bir neçə onilliklər ərzində ABŞ-ın müstəmnləkəsi olub.

1946-cı ildə isə müstəqillik qazanıb.

Manili ilə Vaşinqton arasında bir neçə hərbi müqavilə var.

Qeyd edək ki, o bundan əvvəl BMT-nin baş katibi Ban Kİ Munu da “axmaq” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG