Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27

Oktyabrın 20-si Azərbaycan Mərkəzi Bankında (AMB-də) Dövlət Neft Fondunun (DNF-nin) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.6030 məzənnəsi ilə başlayıb və 1.6090 ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Son 3 gündür dollar manat qarşısında dəyər qazanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG