Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:11

Bələdiyyə sədri ilə ərini öldürənə ömürlük həbs verildi


Vəsilə Həsənova həyat yoldaşı ilə

Vəsilə Həsənova həyat yoldaşı ilə

Oktyabrın 20-si Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynova hökm oxunub.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı çıxışında da F.Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Hökm elan olunmamışdan əvvəl F.Hüseynova son söz verilib. O, «Allah razı olsun» deməklə kifayətlənib.

Qətl ötən il iyulun 8-də Saray qəsəbəsində baş verib.

Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V.Əbilhəsənov amansızlıqla qətlə yetirilib.

Bu qətllərə görə ömürlük həbs cəzası alan 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olub.

Cinayət işinin materiallarında yazılıb ki, bələdiyyə sədri və həyat yoldaşı öldürüləndən sonra onlara məxsus başqa bir ev də yandırılıb. Fədai Hüseynova qəsdən adamöldürmə ilə yanaşı, bu yanğına – özgənin əmlakını məhv etməyə görə də ittiham verilib. Amma o, evi yandırmadığını deyərək, ittihamı rədd edir.

Qətl hadisəsinə gəlincə, F.Hüseynov məhkəməyə geniş ifadə verməsə də, Vəsilə Əbülhəsənovanı yox, Vəfadar Əbülhəsənovu öldürdüyünə görə özünü günahkar saydığını deyib. Bildirib ki, onu öldürmək niyyəti olmayıb: «Vəsiləni yataq otağında vurub çıxanda, Vəfadarla üzləşdim. Üstümə gələndə, özümü itirdiyimdən, onu da vurdum....».

Günün bütün mövzuları

XS
SM
MD
LG