Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Kürdlər Mosula hücumu genişləndirir


Kürdlər raketlərlə zərbələr endirirlər

Kürdlər raketlərlə zərbələr endirirlər

Kürdlər Mosulda yeni, genişmiqyaslı hücuma keçiblər. Kürd peşmərgə döyüşçüləri üç müxtəlif cəbhədə əməliyyat apardıqlarını deyiblər.

Kürd döyüşçüləri İraqın Mosul şəhərinin «İslam Dövləti»ndən (İŞİD) azad olunması uğrunda əməliyyatlarda iştirak edirlər. əsgərlər artıq xeyli irəli getdiklərini bildirirlər.

Oktyabrın 20-də verilən məlumata görə, İraq ordusu, eləcə də kürd əsgərləri toplarla Mosul ətrafını, İŞİD-in əlində olan ətraf kəndləri vurublar.

İraq generalı Maan al-Saadi bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri yaraqlılara havadan zərbələr endirməklə xüsusi təyinatlı dəstələrə yardım edir.

İraqın baş naziri Haidar al-Abadi-nin dediyinə görə, Mosul uğrunda əməliyyat planlandığından sürətlə gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG