Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

«MTN işi» ilə bağlı başlanılan cinayət işi üzrə saxlanan şəxslərdən bəzilərinin həbs müddəti uzadılıb.

APA-nın xəbərinə görə, Səbail Rayon Məhkəməsi ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov və digərlərinin həbs müddətini 3 ay artırıb.

Baş Prokurorluğun «MTN işi» ilə bağlı yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və başqa cinayətlərdə ittiham edilir

«MTN işi» ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən şəxs qismində tanınıb. 20-yə yaxın şəxs isə həbs edilib.

Onlardan Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları - Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin cinayət işi ayrıca icraata verilib. Hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin işinə baxılır.

Onlar da Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham edilirlər.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra onun bazasında 2 qurum yaradılıb. Bunlar Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG