Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:40

Suriya hərbçiləri Hələbdə atəşkəsin başladığını, əhalinin şəhərin mühasirədə olan şərq hissəsindən çıxmasına imkan verildiyini elan edib.

Qiyamçılar bunun onları mühasirəyə almaq üçün aparılan psixoloji kampaniyanın bir hissəsi olduğunu deyirlər.

Suriya dövlət televiziyası şəhər ətrafında iki çıxış dəhlizinin açıldığını elan edib. Efirdə dəhlizlərin sonunda əhalini gözləyən yaşıl avtobusların dayandığı göstərilib.

«Reuters» agentliyi son bir neçə həftə ərzində Hələb şəhərində xəstəxana, çörəkxana və su xətlərinin də bombalandığını, yüzlərlə adamın həlak olduğunu yazır.

Qiyamçıların dediyinə görə, şəhəri bombalayan Suriya və Rusiya hərbçilərinin dayanmasında məqsəd, əhalini Hələbdən «xilas etmək» adı ilə çıxarmaq və şəhəri ələ keçirməkdir.

Qiyamçılar bombardmana rəğmən, geniş hücum əməliyyatı hazırladıqlarını, Rusiya və Suriyanın mühasirəsini yaracaqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG