Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin 1.31 dollar bahalaşdığı bildirilir. «Layt» markalı neft 51.60 dollara satılır.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neft də 0.99 dollar bahalaşıb. «Brent» nefti 52.67 dollar olub.

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti isə 1.66 dollar yüksəlib. Azərbaycan nefti hazırda 53.82 dollara satılır.

«AzəriLayt» markalı neftin ən yüksək qiyməti 2008-ci ildə qeydə alınıb. Onda Azərbaycan neftinin bir barreli 150 dollara qədər yüksəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG