Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:09

Bu ilin ötən dövrü ərzində Azərbaycan ərazisində 3 min 603 zəlzələ qeydə alınıb.

«Report» bu xəbəri Respublika Seysmik Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun rəisi Səidə İsmayılovaya istinadən yayıb.

Büro rəisinin bildirməsinə görə, bu müddətdə ölkədə maqnitudası 3-dən böyük olan 74 zəlzələ baş verib: «Onların 14-ü hiss olunub».

S.İsmayılova bildirib ki, 2016-cı ildə Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 6 min 463 zəlzələ qeydə alınıb: «Bu il Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərin 40 faizindən çoxunun dərinliyi 10 və 20 km arasında dəyişib. 2016-cı ilin ötən dövrü ərzində bölgədə dərinliyi 10 və 20 km arasında dəyişən 2175 zəlzələ qeydə alınıb».

S.İsmayılova 2016-cı ildə Azərbaycanda seysmik aktiv zonaların adını açıqlayıb. Əsasən Pirqulu, Lənkəran, Lerik, Astara, Ordubad və Naxçıvan əraziləri seysmik cəhətdən aktiv olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG