Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 22 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistan İcevan rayonundan Qazax rayonunun Bala Cəfərli kəndi atəşə tutulub.

Bundan başqa, işğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy və Tərtər rayonları istiqamətlərində də Azərbaycan ordusunun mövqelərinin vurulduğu bildirilib.

Bu il aprelin 2-dən 5 -nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG