Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:37

ABŞ Rusiyanı nüvə raketləri ilə bağlı danışıqlara çağırır


«Bulava»

«Bulava»

Birləşmiş Ştatlar Rusiyanı xüsusi danışıqlara çağırıb. Vaşinqton Rusiyanın Soyuq müharibə dövründə bağlanmış razılaşmanı—Nüvə Silahının Yayılmaması haqqında Sazişi pozduğunu güman edir. ABŞ-ın narahatlığına səbəb Rusiyanın nüvə silahını artırması barədə xəbərlərdir.

Bu günlərdə məsələylə bağlı Xüsusi Yoxlama Komissiyasının toplantısında da əsas məsələ 1987-ci ildə qəbul edilmiş nüvə silahı razılaşması olacaq.

Həmin razılaşma nüvə başlıqlı uzaq məsafəli-300-3400 millik raketlərin istehsalını, sınaqdan keçirilməsini, belə silahlara sahib olmağı qadağan edir. Müqaviləyə əsasən, bu sinifdən olan bütün raketlər Avropadan çıxarılmış, genişmiqyaslı yoxlama sistemi qurulmuşdu.

Amma iki il əvvəl ilk dəfə olaraq ABŞ Rusiyanın razılaşmanı pozmaqda olduğunu, sənəddə qeyd olunan raket sistemini inkişaf etdirdiyini bildirmişdi. Moskva ittihamları rədd etmiş, ABŞ-ın Avropada raketdən müdafiə sistemi yaratmaq cəhdlərinin də sənədə zidd olduğunu söyləmişdi. O vaxtdan bəri ABŞ rəsmiləri Rusiyaya bu məsələdə təzyiq edir. Hətta ABŞ prezidenti Barack Obama rusiyalı həmkarı Vladimir Putin-lə birbaşa görüşündə nüvə silahı məsələsini qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG