Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03

Jurnalist Elçin Həsənov həbs təhlükəsi ilə üzləşdiyini bildirir. O, iki aydan çoxdur məhkəmənin aylıq əmək haqqının 20 faizi tutulmaqla islah işlərinə cəlb edilməsi haqqında hökmünü yerinə yetirə bilmir. Buna səbəb kimi işləmədiyini göstərir.

İyunun 1-də Bakının Nizami Rayon Məhkəməsi E. Həsənovu 1 il islah işlərinə cəlb edib. Cinayət işi 2015-ci ilin fevralında baş vermiş hadisə ilə bağlı olub. Həmin vaxt jurnalistlə “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərov arasında insident yaşanmışdı.

Məhkəmənin qərarı ilə, E. Həsənov işə götürənlə elektron müqavilə bağlamalı, vergi ödəyicisinin identifikasiya nömrəsini və vergi ödənişi haqqında arayışı təqdim etməli idi. Amma o, iki aydır bu şərtlərə uyğun iş tapa bilmədiyini söyləyir.

Buna da bax:​ '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

“Digər tərəfdən, siyasi fəaliyyətlə məşğul olan bir insanı kim işə götürər?”, deyə E.Həsənov deyib.

E.Həsənov bu gün oktyabrın 19-da məhkəmə icraçısından bildiriş alıb ki, hökmün çıxarıldığı andan etibarən üç aya qədər işə düzəldiyi və əmək haqqının 20 faizinin tutulduğu haqqında arayış təqdim etməsə həbs ediləcək.

E.Həsənov Sumqayıt şəhərinin Məşğulluq Mərkəzində uçota durub. Deməsinə görə, oktyabrın 19-da bu mərkəzdən 125 manat maaşla küçə süpürgəçisi işləmək təklifi alıb. Bu məbləğin 25 manatını hökmün icrasına ödəməlidir.

“Bu, çox kiçik məbləğdir, onunla dolanmaq mümkün deyil. İkincisi, bunu, məni təhqir etmək üçün qəsdən edilir”, deyə Həsənov bildirib.

Buna da bax:​ 'Sərhədsiz Reportyorlar'dan tənqid

Jurnalist deyir ki, Məşğulluq Mərkəzindən məhkəmə icrası şöbəsinə onun işdən imtina etdiyi haqqında məktub göndərilib. Bir neçə gün sonra o, 4 aydan 1 ilə qədər həbs oluna bilər.

Məsələyə Sumqayıt şəhər Məşğulluq Mərkəzindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

E.Həsənovun işlədiyi “Yüksəliş naminə” qəzeti bir neçə ildir fəaliyyət göstərmir. Saytın isə gəliri yoxdur. E.Həsənov həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvüdür.

Bu partiyanın hazırda 10-dan çox fəalı həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG