Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58

Bəhruz Kəngərlinin həyatı haqda roman təqdim olunacaq


Bəhruz Kəngərlinin həyatından bəhs edən "Uzaqda ucalan dağlar" kitabının üz qabığı.

Bəhruz Kəngərlinin həyatından bəhs edən "Uzaqda ucalan dağlar" kitabının üz qabığı.

-

"Alça ağacı qurusa da Bəhruzun yaşadığı həyətdə illər boyu qalmışdı. Onu bacısı Tahirə daha çox qoruyurdu. Onu kökündən qoparıb atmaq istəmişdilər, amma Tahirə heç kəsi yaxına buraxmamışdı. Ağac qəribə şəklə dönmüşdü. Qupquru budaqlar bir-birinə dolaşıb kiminsə həsrətini çəkən adam kimi sıxılmış, büzüşmüş, məhzun bir görkəm almış, təbiətin yaratdığı etüdə çevrilmişdi. Deyirlər ki, bu ağac son illərə qədər həmin həyətdə dururdu.
Təəssüf etməyə dəyməz, çünki alça ağacı indi olmasa da Bəhruzun rəsmlərindən birində əbədi yaşayır!
" - Bu cümlələr böyük Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyatından bəhs edən “Uzaqda ucalan dağlar" romanındandır. Romanın müəllifi yazıçı Tofiq Mahmuddur.

Azərbaycan rəssamı Bəhruz Kəngərli.

Azərbaycan rəssamı Bəhruz Kəngərli.

Romanı çapa hazırlayan "Kitabsevərlər" qrupundan verilən məlumata görə kitab əvvəlcə kiril hərfləri ilə çap olunsa da onu latın hərflərinə çevirərək yenidən çap etməyi qərarlaşdırıblar.

Buna da bax: Yalançı “kitabsevər”lərə açıq məktub

"Yazıçı Tofiq Mahmudun zəngin yaradıcılıq yolunda son irihəcmli əsəri olan “Uzaqda ucalan dağlar” romanı həm də rəssam həyatından bəhs edən yeganə Azərbaycan romanıdır.

Həm bədii-estetik baxımdan, həm də Bəhuz Kəngərlinin həyatının öyrənilməsi baxımından önəmli olan bu gözəl əsərin yalnız arxivlərdə və köhnə kitabxana rəflərində qalmasını istəməyən "Kitabsevərlər" qrupu, bu əsəri köhnə kirill əlifbasından yeni latın qrafikalı əlifbaya çevirərək nəşr etdirib". - deyə qrup məlumat yayıb.

Kitabın təqdimatı Oktyabr ayının 23-də, saat 14:00- dan 17:00- dək "Kitabevim" kitab mağazasında baş tutacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG