Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:51

Çexiyada səfərdə olan müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016” da iştirak edib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərə görə, sərgi Çexiyanın müdafiə, daxili işlər, xarici işlər nazirliklərinin, Silahlı Qüvvələrin Baş Qərargahının, NATO qərargahının, Avropa Müdafiə Agentliyinin, digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir.

Buna da bax:​ Bakıya toplanan silahların görüntüləri

Sərgiyə 60 ölkədən 1200-dən artıq nümayəndənin qatıldığı bildirilir. Orda Çexiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Avstraliya, Norveç, İsrail və bir sıra digər ölkələrin hərbi sənaye kompleksinə daxil olan 200-dən artıq şirkətin məhsulları nümayiş etdirilir.

Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 18-dən Çexiyadadır. Səfər çərçivəsində Azərbaycan müdafiə nazirinin çexiyalı həmkarı M.Stropnitski və bir sıra digər rəsmilərlə görüşü gözlənilir.

Səfərin nə vaxt başa çatacağı bildirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG