Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:56

ABŞ saytlarına hücumda şübhəli bilinən Rusiya vətəndaşı Praqada saxlandı


Foto arxiv

Foto arxiv

Praqada ABŞ saytlarına kiberhücumda şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib.

Bu barədə Çexiya polisi məlumat yayıb.

Onun adı hələ ki, açıqlanmır, amma onun İnterpol vasitəsilə beynəlxalq axtarışda olduğu bildirilir.

Məlumata görə, o, ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşlığı ilə keçirilən əməliyyat zamanı Praqadakı hotellərdən birinin restoranında yaxalanıb.

Çexiya məhkəməsi onun ABŞ-a ekstradasiyası barədə qərar verməlidir.

Praqadakı Rusiya səfirliyinin sözçüsü Aleksei Kolmakov oktyabrın 19-da İnterfaks agentliyinə bildirib ki, səfirlik onun Rusiyaya verilməsini təkid edir.

ABŞ hökuməti oktyabrın əvvəllərində Rusiyanı ABŞ-da keçiriləcək prezident seçkisi ərəfəsində Demokrat partiyasına haker hücumunda əli olmaqda ittiham eləmişdi.

Moskva ittihamı rədd eləmiş və bunu cəfəngiyat adlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG