Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:27

Yağış Masazırda istinad divarlarını uçurub


Son günlər yağan yağışlardan Bakının Masazır qəsəbəsindəki Mirzə İbrahimov küçəsi boyunca dik yamacın aşağı hissəsində, həyət evlərinin arxasındakı istinad divarlarının uçduğu bildirilir.

APA bu xəbəri Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Rafiq Həsənova istinadən yayıb.

R.Həsənov deyib ki, Masazırda göl ətrafında sürüşmə sahəsində də aktivlik müşahidə edilir.

Son günlər intensiv yağışların bütün ölkədə sürüşmələrin aktivləşməsinə səbəb olduğu bildirilir. Xüsusilə də Lerik, Lənkəran, Astara, Gədəbəy, Daşkəsən, Şamaxı və İsmayıllıda sürüşmə zonalarının aktivləşdiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG