Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:31

Suriya Krımı Rusiyanın ayrılmaz tərkib hissəsi kimi tanıdı


Bashar Assad

Bashar Assad

Suriya Krımı Rusiyanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb.

Bunu Suriya parlamentinin sədri Hadiya Abbas “Sputnik” agentliyinə xüsusi müsahibəsində deyib.

“Biz Krımı Rusiyanın ayrılmaz tərkib hissəsi sayırıq.Rusiya ilə Suriya arasındakı əlaqələr strateji və perespektivlidir. Suriya hakimiyyəti, siyasi, iqtisadi, sosial və digər sahələrdə bu münasibətləri inkişaf etdirmək fikrindədir”, deyə o bildirib.

Hadiya Abbas qeyd edib ki, Krım keçmiş Sovet İttifaqının tərkibində olub və SSSR-nin dağılmasından bugünədək baş verən hadisələr səbəbindən referendum yolu ilə öz sahibinə qayıdıb.

Rusiya 2014-cü ildə Krımı Ukraynadan ilhaq edib və bundan sonra yarımadanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçirilib.

Beynəlxalq aləm bunu qanunsuz sayır və referendumun nəticələrini tanımır.

ABŞ və Qərb bundan sonra Krım məsələsi və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG