Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

Prezidenti İlham Əliyev oktyabrın 19-u ölkənin Qərb bölgəsinə səfəri çərçivəsində Qazaxdan Ağstafa rayonuna gedib.

AZƏRTAC xəbər verir ki, prezident əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.

Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı daha da artırılıb. Mərkəzdə «Saloğlu» mebel və «Akkord» tikiş fabriklərinin sərgi salonları açılıb.

Prezident səhər saatlarında isə qazax rayonunda olmuşdu. O, Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Bundan başqa, prezident Qazax rayonunda «Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı» MMC-nin təqdimatına və 110/35/6 kilovoltluq «Daş Salahlı» yarımstansiyasının açılış mərasiminə də qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG