Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:22

'Instagram'da 'Hekayələr'ə yenilik


Instagram
Instagram

«Instagram» avqust ayında rəqibi «Snapchat»dan geri qalmamaq üçün «Hekayələr» (Stories) funksiyasını istifadəyə verdi.

Bu özəllik istifadəçilərə 24 saat içərisində silinən foto və videolar yayımlamağa imkan verir. Foto və videolar telefonun kamerasıyla anında çəkilib paylaşıldığından istifadəçilər onları filtr və redaktəsiz görmək şansı qazanırlar.

«Instagram»ın yeni versiyasında «Hekayələr» özəlliyinə yeni imkan artırılıb.

Artıq istifadəçilər izləmədikləri şəxslərin də müxtəlif «hekayə»lərini görə biləcəklər. İndi kəşf (Explore) bölməsinin yuxarısında məşhur «Hekayələr» yer alır.

İstifadəçilər öz maraq dairələrinə, tez-tez etdikləri axtarışlara əsasən, anlıq foto və videolara baxa biləcəklər.

Yenilikdən faydalanmaq üçün «Instagram»ın son versiyasını işlətmək lazımdır.

XS
SM
MD
LG