Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Ötən il Azərbaycanda 13 yaşa qədər uşaqlar arasında ilk dəfə qoyulan diaqnozlarda xəstəliklərin siyahısı müəyyən edilib.

«Report»un xəbərinə görə, siyahıda ilk yeri tənəffüs orqanlarının xəstəlikləri tutub.

Xəbərdə qeyd edilir ki, 343 min 289 uşağa tənəffüs yolu xəstəliyi diaqnozu qoyulub.

Ümumilikdə isə ötən il qeyd olunan yaşda olan 673 min 391 uşaqda müxtəlif növ xəstəliklər aşkarlanıb. Onların arasında həzm, sinir sistemi xəstəlikləri, qan, qanyaradıcı orqanların xəstəlikləri və ayrı-ayrı pozğunluqlar yer alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG