Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:07

«Atmosfer yağıntılarının normadan artıq olması nəticəsində yeni sürüşmə sahələri əmələ gəlib».

«Report»un xəbərinə görə, bunu Ekologiya Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən Sadiq Əmiraslanov deyib.

Onun bildirməsinə görə, son günlər yağan yağışlar respublika ərazisində sürüşmə sahələrində aktivləşməyə səbəb olub: «Yeni sürüşmə sahələri əmələ gəlib. İllərlə passiv sahə kimi tanınan sürüşmə sahələrində aktivləşmələr baş verib. Məsələn, Qobustan rayon ərazisində yerləşən Poladlıda 2010-cu ildə sürüşmə prosesi qeyd olunmuşdu. Son günlərə kimi ərazidə stabillik hökm sürürdü, amma normadan artıq düşən yağıntılar nəticəsində həmin ərazidə aktivləşmə olub».

S.Əmiraslanov deyib ki, sürüşmə nəticəsində kəndə gedən avtomobil yolu tam sıradan çıxıb, Muğanlı-İsmayıllı avtomobil yolunda da yeni, lokal tipli sürüşmə prosesləri müşahidə olunub.

Bundan başqa, Quba-Xınalıq yolu, Giləzi sürüşmə sahələrində aktivləşmə var.

S.Əmiraslanov deyib ki, hazırda regionlarda 56 yerdə monitorinq aparılır və onların çoxunda aktivləşmə görünür.

«Lerik, Lənkəran, Astara, Gədəbəy, Daşkəsən, Şamaxı və İsmayıllıda aktivləşmə müşahidə olunub»,-deyə o qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG