Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:03

Oktyabrın 19-da İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin «Dəmavənd» və «Cövşən» gəmiləri Bakıya gəlib.

AZƏRTAC xəbər verir ki, Bakı Dəniz Vağzalında nümayəndə heyətini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar.

Qonaqların Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşü, Heydər Əliyev adına Ali Hərbi Məktəbə səfəri nəzərdə tutulub.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Səfər oktyabrın 21-dək davam edəcək.
Bəzi yerli saytların bildirməsinə görə, İran gəmilərinin oktyabrın 18-i Müstəqillik Günü Azərbaycana gəlişi gözlənilirdi. Amma əlverişsiz hava buna imkan verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG