Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:32

Azərbaycan iqtisadiyyatında dollarlaşma səviyyəsi artıb.

Dollarlaşma səviyyəsini ölçməkdən ötrü bütün əmanət və depozitlərdə xarici valyutada olan əmanətlərin, depozitlərin xüsusi çəkisindən istifadə edilir.

Mərkəzi Bankın (MB-nin) təqdim etdiyi məlumata görə, xarici valyutada olan əmanətlərin həcmi artıb. Avqustun 1-nə əmanətlərin 80.8 faizi xarici valyutada isə, sentyabrın 1-nə bu pay 81.6 faizə yüksəlib.

2016-cı il sentyabrın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.4 faiz artıb. Bu, 7 milyard 931.9 milyon manat təşkil edib. Ekspertlər hesab edir ki, manatla əmanətlərin artmasına elə xarici valyutada əmanətlərin çoxalması səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG