Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:33

Nazirlər Kabineti «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nda dəyişikliklər edib.

Dəyişikliyə görə, qısa idxal bəyannaməsinin verildiyi halların sayı artırılıb.

Bundan sonra malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə ediləcək. Bu məqsədlə də mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə, qısa idxal bəyannaməsi veriləcək

yaşıl dəhliz – mallara və ya nəqliyyat vasitələrinə yoxlama, eləcə də şəxsi yoxlama tətbiq edilmədən buraxılışıdır;

mavi dəhliz – malların və ya nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqi;

sarı dəhliz – məlumatların, sənədlərin, o cümlədən buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanılmasıdır;

qırmızı dəhliz – lazım olan məlumatların, sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin yoxlanılmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG