Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:36

Türkiyə səfirliyi qarşısında etiraz aksiyası


Etiraz aksiyası - 18 oktyabr 2016

Etiraz aksiyası - 18 oktyabr 2016

Bağdaddakı Türkiyə səfirliyinin qarşısına minlərlə iraqlı toplanıb. Onlar türk əsgərlərinin ölkədən çıxmasını tələb ediblər. Mühafizəkar şiələrin də iştirak etdiyi mitinqdə «rədd ol, işğalçı!» kimi şüarlar səslənib.

Türkiyə İraqın şimalında, Mosul ətrafındakı bazalarda 2 minlik qüvvə saxlayır. Bağdad Ankaranın onlardan icazə almadığını bildirir, türk əsgərlərinin ölkədən çıxmasıyla bağlı sərt mesajlar göndərir. Türkiyə bu çağırışları rədd edir.

Dünən, oktyabrın 18-də Türkiyənin baş naziri Binali Yıldırım deyib ki, Mosulun qaytarılması uğrunda əməliyyatda türk əsgərlərinin təlim keçdiyi döyüşçülər də iştirak edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG