Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Qazaxıstanda Fethullah Gülen-in «Hizmet» hərəkatı fəallarının iştirakıyla yaradılan məktəblərin adları dəyişdirilib. Qazaxıstanda Gülen-lə bağlılığı olan 33 türk-qazax məktəbi var və onlar 1990-cı illərdən fəaliyyət göstərirlər.

Məktəblərin digər sponsorlarından biri—KATEV fondu bildirib ki, əvvəl türk-qazax liseyləri kimi tanınan bütün məktəblər bundan sonra «Bilim» (Təhsil) İnnovasiya liseyləri adlandırılacaqlar. Fonddan verilən məlumata görə, təhsil ocaqlarının adları Qazaxıstanın Sovet İttifaqından ayrılmasının 25 illiyi münasibətilə dəyişdirilir. Qazaxıstanda müstəqillik günü dekabrın 16-da qeyd olunur.

Türkiyə hökuməti bütün ölkələri Fethullah Gülen-i və onun hərəkatını terrorçu kimi tanımağa çağırıb. Türkiyə rəsmiləri yayda baş vermiş və 250-yə qədər adamın ölümünə səbəb olmuş çevriliş cəhdinin arxasında F.Gülen-in dayandığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG