Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

Pentaqon məlumat verib ki, «İslam Dövləti» (İŞİD) Mosulda əhalini canlı sipər olmağa vadar edir. Pentaqonun sözçüsü Jeff Davis deyib ki, İŞİD şəhər əhalisini güclə saxlayır, onların harasa getməsinə icazə vermir ki, şəhərə girən İraq silahlı qüvvələrinin qarşısını ala bilsin.

Hazırda Mosulda milyon yarım adamın qaldığı məlumdur. Beynəlxalq Miqrasiya Təşkilatı da əhalinin şəhərdə zorla saxlandığını, üstəlik İŞİD-in kimyəvin silahdan istifadə ehtimalının olduğunu bildirib.

İŞİD əvvəllər kürd döyüşçülərinə qarşı kimyəvi silah işlədib. «Reuters» agentliyinin verdiyi məlumata görə, hazırda Pentaqon bu ehtimalın doğru olub-olmadığını araşdırır.

Pentaqonun sözçüsü Jeff Davis Mosul əməliyyatının «çirkin döyüş» olacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG