Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:22

İncəsənət Universitetinə rəqib Elitar İncəsənət Məktəbi açıldı


Oda teatrının tamaşası 2013-cü il.

Oda teatrının tamaşası 2013-cü il.

-

Müstəqil incəsənət məktəbi "Elitar" yarandı

Respublikanın əməkdar artisti, Qızıl Dərviş mükafatı laureatı İlqar Cahangirlə ADO teatrının rəhbəri Elmin Bədəlov müstəqil incəsənət məktəbi təsis ediblər. “Elitar” adlanan incəsənət məktəbində aktyorluqla yanaşı incəsənətin digər sahələrinə də yer veriləcək.

Bu barədə Oxu Zalına Elitar İncəsənət Məktəbindən məlumat verilib: “Ölkəmizdə müstəqil teatrların, yeni kinoların, serialların sayının artması müstəqil teatr məktəbinin yaranmasına ehtiyac olduğunu bildirir. Azərbaycanda İncəsənət Universiteti fəaliyyət göstərir. Hər kəsin isə bu universitetə daxil olmaq şansı olmur. Xeyli istedadlar isə bu universitetə qəbul olmadığı üçün fəaliyyət növünü dəyişməli olur. Biz isə teatr, kino və seriallara aktyorluq hazırlığı ilə yanaşı incəsənətin digər sahələrinə hazırlığa da üstünlük verəcəyik. İlk öncə aktyorluq kursu formasında fəaliyyət göstərirdik. Lakin müraciət edənlərinin sayının çox olduğunu nəzərə alıb bunu bir incəsənət məktəbi formasında təsis etmək qərarına gəldi. Məktəb müstəqil fəaliyyət göstərir. Burada tanınmış aktyor, rejissor, xoreoqraf, rəssam və digər sahələrin mütəxəssisləri dərs deyəcəklər”.

Buna da bax: Azərbaycanda bir ilk. Əlilliyi olan aktyorlar teatr yaradıb

Qeyd edək ki, müstəqil məktəbə yeni açılmasına baxmayaraq 20-dən çox tələbə müraciət edib. Aktyorluq dərslərini İlqar Cahangir həyata keçirir. Hazırda məktəbdə iki sahə üzrə - aktyorluq və rəqs dərsləri həyata keçirilir. Lakin qısa zamanda yeni dərslərin də fəaliyyətinə başlanılacaq. Məktəbə müraciət facebook vasitəsilə də müraciət etmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG