Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07

İsveç Akademiyası bir neçə gün öncə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş amerikalı yazar-bəstəkar Bob Dilanla hələ də əlaqə qura bilmir.

Bunu oktyabrın 18-də CNN-nə akademiyanın administrasiya direktoru Odd Zschiedrich deyib.

“Cəhdləri dayandırmışıq, onun dostu və menecerinə nə lazımdərsa demişik və o bunu bilir, amma heç bir cavab almamışıq. Həmişə olduğu kimi təqdimat mərasimi olacaq, hətta orda olmasa belə, o da mükafatlandırılacaq”, deyə o bildirib.

Məlumatlara görə, Bob Dilan bazar ertəsi axşam Las-Veqasda konsertdə olub, amma bugünədək susur.

Mükafatın Dylana verilməsindən sonra mediada müzakirə açılıb ki, o buna layiqdirmi? Mükafatı mahnı mətnləri yazana vermək düzgündürmü?

Mükafat Dylana "Amerikanın möhtəşəm mahnı ənənələri əsasında yeni poetik özünüifadə forması yaratdığına görə" verilib.

Bob Dilan (Robert Allen Tsimmerman) 1941-ci ildə yəhudi ailəsində doğulub.

Əsli Rusiyadandır.

1905-ci ildə - yəhudi talanlarından sonra ata babası və nənəsi Odessadan (o zaman Rusiya İmperiyasına aid idi) ABŞ-a köçüblər.

Bob Dilan rok musiqisində böyük nüfuz sahibi sayılır.

Onun siyasi məzmunlu «Blowin' in the Wind» və «The Times They Are a-Changin'» kimi mahnıları ABŞ-da mülki hüquqlar uğrunda hərəkatın himninə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG