Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:48

“Əgər “İslam Dövləti” qrupu İraqın Mosul şəhərindən çıxarılsa Avropa Birliyi yaraqlıların axınına hazır olmalıdır”.

Bunu oktyabrın 18-də Avropa Komissiyasının təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Culian Kinq Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində deyib.

Kinqin hesablamalarına görə, hətta kiçik yaraqlı qrupu belə ciddi təhlükə olacaq və buna hazır olmaq lazımdır.

İraq ordusu, kürd doyüşçüləri, sünni və şiə qruplarından ibarəd 30 minlik qüvvə oktyabrın 17-də “İslam Dövləti” qrupunun nəzarətində olan bu şəhərə hücuma keçib.

Əməliyyatda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri də iştirak edir.

Mosul İraqın ikinci böyük şəhəridir.

BMT xəbərdarlıq edib ki, hücuma görə 1 milyona yaxın adam ev-eşiyini tərk edə bilər.

Əməliyyat bir həftə və ola bilsin ki, bundan çox da sürə bilər.

Amma Almaniyanın daxili işlər naziri Tomas de Meyzer (Thomas de Maiziere) hesab edir ki, İraq və Suriyada terrorçuluqla mübarizə Avropaya hücum riskini artırmayacaq, çünkki, təhlükə onsuz da yüksəkdir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrovsa deyib ki, əgər “İslam Dövləti” qrupu yaraqlıları İraqdan Suriyaya keçsə,Rusiya hərbi tədbirlərə əl atacaq.

Lavrov deyib ki, Mosul tam mühasirəyə alınmayıb, bu isə o deməkdir ki, dəhliz var və yaraqlılar odan Suriyaya keçə bilərlər.

İraqın hökumət qoşunları hazırda cənub istiqamətdən Mosulun 60 kilometrliyindədir.

Kürd döyüşçüləri isə şəhərə şərqdən hücum edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG