Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

Oktyabrın 19-u Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.

Oktyabrın 19-da ölkənin rayonlarında da yağış yağacağı bildirilir. Yağıntının dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi qeyd edilir. Gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təxmin edilir.

Yüksək dağlıq ərazilərdə gecə 10-15 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG