Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

Binəqədi yanğınında günahlandırılanın durumu pisləşib


2015-ci il mayın 19-da Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə suçlananlardan birinin durumu pisləşib. Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri, BDU-nun müəllimi, 68 yaşlı Ağacavad Məmmədov oktyabrın 10-da akademik Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib. Ona infarktdan sonrakı kardioskleroz, şəkərli diabet, üçüncü tip ürək çatışmazlığı diaqnozu qoyulub.

Ağacavad Məmmədovun vəkili Məzahir Şahmarov məhkəməyə bu barədə arayış təqdim edib. Bu səbəbdən də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi yanğını üzrə keçirilməli olan məhkəmə iclası oktyabrın 19-na qədər təxirə salınıb.

Sözügedən yanğına görə məhkəmə qarşısına Ağacavad Məmmədovla yanaşı, bu şəxslər çıxarılıb: «Global Construction» və «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov, «Global Construction» MMC-nin sədr müavini Ələkbər Əsgərov, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG